Xəbər verdiyimiz kimi, ötən Portuqaliya yığması AÇ-2024-ün 1/4 final mərhələsinin ikinci oyunda Fransa yığmasına penaltilər seriyasında 5:3 hesabı ilə məğlub olaraq turnirdən uzaqlaşıb.
Den.az-ın məlumatına görə, oyunun sonunda Portuqaliya yığmasının üzvü, 41 yaşlı Pepe gözyaşlarını saxlaya bilməyib. Onu komanda yoldaşı, ulduz futbolçu Kriştianu Ronaldu təsəlli edib.
Onu da qeyd edək ki, Ronaldu da karyerasında ilk dəfə böyük bir turniri qol vurmadan başa vurub.
Xatırladaq ki, Portuqaliya üzərində qələbə qazanan Fransa millisi AÇ-2024-ün ikinci yarımfinalçısı olub. Fransızlar yarımfinalda İspaniyaya rəqib olublar. İspaniya - Fransa matçı iyulun 9-da, saat 23:00-da start götürəcək.
Məğlubiyyətin gözyaşları... - Fotolar+Video

Xəbər xoşunuza gəlib? Sosial şəbəkələrdə paylaşın
Digər xəbərlər
Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr Oxu.az Xəbər Saytında
“Global Media Group”a daxil olan Oxu.Az xəbər saytı 2013-cü ilin iyul ayından fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir.
Oxu.Az 24 saat ərzində, Azərbaycan və rus dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır.
Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün Oxu.Az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.