Bukmeykerlər Mançester Yunaytedin baş məşqçi postuna namizədləri açıqlayıb. Bu barədə RB-Sport məlumat yayıb.
Məlumata görə, boş qalan vəzifə üçün əsas namizəd hazırda İngiltərə Premyer Liqasında çıxış edən Kristal Pelas klubunu çalışdıran Oliver Qlasner hesab olunur. Onun Mançester Yunaytedə təyinatına verilən əmsal 4,50 təşkil edir.
Digər ehtimal olunan namizədlər arasında hazırda heç bir klubu çalışdırmayan Xavi və İngiltərə millisinin baş məşqçisi Gareth Southgate yer alır. Bukmeykerlərin əmsallarına görə, Xavinin "Mançester Yunayted"in baş məşqçisi olma ehtimalı 11.00, "Southgate"in isə 13.00-dür.

