“Mançester Siti” və komandanın baş məşqçisi Xosep Qvardiola mövsümün sonunda, 2025/2026 mövsümü başa çatdıqdan sonra əməkdaşlığın davam edib-etməyəcəyini müəyyənləşdirəcək vacib görüş keçirməyi planlaşdırır. Bu barədə Sky Sports məlumat yayıb.
Mənbənin məlumatına görə, Qvardiolanın gələcəyi komandanın yaxın aylarda göstərəcəyi nəticələrdən asılı olacaq. Mövsüm klub rəhbərliyinin gözləntilərini doğrultmasa, baş məşqçinin mümkün gedişi real ssenari kimi qalır.
Qeyd olunur ki, klub artıq italiyalı mütəxəssis Enzo Mareskanın nümayəndələri ilə əlaqə saxlayıb. Qvardiolanın 2026-cı ilin yayında komandadan ayrılması halında Mareska əsas namizədlərdən biri kimi nəzərdən keçirilir. Bildirilir ki, Mareska “Mançester Siti”də işləməyə böyük maraq göstərir və baş məşqçi postunu tutmağa hazırdır.

