Kriştiano Ronaldo karyerası ilə bağlı qərar verib.
Den.az xəbər verir ki, futbolçu "Əl-Nəsr"də qalmağa üstünlük verib. "Foot Mercato"da dərc edilən xəbərə götə, tərəflər arasında razılıq əldə edilib. Futbolçunun klubla yeni müqavilə imzaladığı irəli sürülür.
Bundan əvvəl, “Əl-Nəssr”in idman direktoru Fernando Hierro portuqaliyalı ulduzu komandada saxlamaq istədiklərini bildirib. O, “Kriştiano bu ölkədə futbolu dünyaya açdı. O, fenomendir. Səudiyyə Ərəbistanı Liqasını dünyaya açacaq cəsarəti var. Bu, qeyri-adi dönüş nöqtəsidir. Onun transferindən sonra bura yüksək səviyyəli oyunçular gəldi” - deyə bildirib.