“Real Madrid”ın futbolçusu Federiko Valverde məşq zamanı baş verən insidentdən sonra yaddaşını qismən itirib.
Bu barədə Madrid Xtra məlumat yayıb.
Məlumata görə, komandanın son məşqlərindən birində Valverde ilə Orelien Tçuameni arasında mübahisə yaranıb.
Daha sonra Tçuameninin soyunub-geyinmə otağında uruqvaylı futbolçuya zərbə endirdiyi bildirilir.
Valverde yerə yıxılıb və başını masaya çırpıb.
Tomoqrafiya nəticəsində futbolçuda qismən yaddaş itkisi aşkarlanıb.
Bildirilir ki, bu səbəbdən o, “Barselona” ilə keçiriləcək yaxın matçı buraxa bilər.
Federiko Valverde qarşıdakı bir həftə ərzində məşqlərdə və oyunlarda iştirak etməyəcək.
Hadisədən sonra “Real Madrid” rəhbərliyinin araşdırmaya başladığı qeyd olunub.
Məlumata görə, hər iki futbolçu komandanın heyətindən uzaqlaşdırıla bilər.

