Azərbaycan milli komandası Bakıda keçirilən yoldaşlıq görüşündə Tacikistan yığmasını 1:0 hesabı ilə məğlub edib.
Sentyabrın 23-də “8-ci km” stadionunda baş tutan qarşılaşma Ayxan Abbasovun rəhbərlik etdiyi millimizin minimal hesablı qələbəsi ilə yekunlaşıb.
Görüşün taleyini 58-ci dəqiqədə vurulan yeganə qol həll edib. Tacikistan millisinin qapıçısı Oleq Baklov topu öz qapısına göndərərək avtoqol müəllifi olub.
Azərbaycan yığması növbəti qarşılaşmasını sentyabrın 27-də UEFA Millətlər Liqası çərçivəsində səfərdə Litvaya qarşı keçirəcək.
Millimiz oktyabrın 1-də Bakıda Lixtenşteyni qəbul edəcək. Oktyabrın 4-də isə Azərbaycan və Litva yığmaları yenidən Bakıda üz-üzə gələcəklər.

