ABŞ dövlət katibi Marko Rubio bildirib ki, Yaxın Şərqdəki münaqişəyə görə Ukraynaya ayrılan silahların hələlik başqa istiqamətə yönləndirilməsi baş verməyib, lakin belə ehtimal mövcuddur.
“Hələlik heç nə yönləndirilməyib. Amma bu baş verə bilər”
Rubio vurğulayıb ki, PURL proqramı çərçivəsində satılan silahlar ABŞ istehsalıdır və əgər ABŞ-ın öz arsenalını gücləndirməyə ehtiyacı yaranarsa, bu prioritet olacaq.
Qeyd edək ki, PURL təşəbbüsü Ukrayna üçün ABŞ istehsalı olan silahların — o cümlədən hava hücumundan müdafiə sistemləri, sursat və ehtiyat hissələrinin alınmasını nəzərdə tutur. Bu proqram Vaşinqtonun Ukraynaya silahları pulsuz verməkdən imtina etməsindən sonra yaradılıb.

