ABŞ tərəfindən tankerə yüklənmiş Rusiya neftinə qarşı mart ayında dayandırılan sanksiyalar yenidən qüvvəyə minib. Bu barədə Politico nəşri məlumat yayıb.
Nəşrdə qeyd olunur ki, “ABŞ-ın Rusiya neftinə qarşı sanksiyaları yenidən tətbiq olunub”.
Bildirilir ki, bu addım Ukraynanın tərəfdarlarını məmnun edəcək. Eyni zamanda vurğulanır ki, Rusiyanın bu sanksiyalardan yayınmaq üçün hələ də bir çox imkanları mövcuddur.

