Azərbaycan nefti bahalaşıb. Dünya bazarında “Azeri Light” markalı neftin 1 barelinin qiyməti 1,75 dollar və ya 1,5 faiz artaraq 118,16 ABŞ dollarına çatıb.
Qeyd edək ki, Azərbaycanın 2026-cı il dövlət büdcəsində neftin 1 barelinin orta qiyməti 65 ABŞ dolları səviyyəsində götürülüb.

