Beynəlxalq Valyuta Fondu Avropa İttifaqı ölkələrini dövlət borcunun artması ilə bağlı risklər barədə xəbərdar edib. Bu barədə Politico məlumat yayıb. Təşkilat hesab edir ki, mövcud tendensiyalar davam edərsə, bu, region iqtisadiyyatı üçün ciddi yük yarada bilər.
Aİ maliyyə nazirlərinə təqdim olunan sənəddə qeyd edilib ki, nəzarət olmadığı təqdirdə borc qeyri-sabit trayektoriyaya çıxa bilər. Mənbənin məlumatına görə, 2040-cı ilə qədər bu göstərici orta statistik Avropa dövlətinin ÜDM-nin 130 faizinə çata bilər.
BVF vəziyyətin sabitləşdirilməsi üçün bir sıra tədbirlər təklif edib. Bunlara islahatlar, birgə borclanma, fiskal konsolidasiya və Aİ ölkələrinin büdcə siyasətinə yenidən baxılması daxildir.

