Son vaxtlar ətin bahalaşacağı deyilir. Sosial şəbəkələrdə istifadəçilər tez-tez belə məlumatlar paylaşırlar. İddia olunur ki, yem bazasının bahalaşması qiymətləri artıracaq.
Den.az bu barədə "XəzərXəbər"ə istinadən xəbər verir.
Sözügedən məsələlərin fonunda qiymətlərin qalxıb-qalxmayacağını öyrənmək üçün həm bölgələrdə, həm də paytaxdakı vəziyyəti araşdırdıq. Məlum oldu ki, Tovuzda yem heç də bahalaşmayıb, əksinə, ucuzlaşıb.
Rayondakı qəssab dükanlarında isə yemlərin baha olduğu və bunun qiymətlərə də təsir etdiyi deyildi. Otun qiymətinə gəlincə isə hazırda Tovuzda yonca bağlaması 6-7 manat arasında dəyişir. Adi ot bağlaması isə 3-5 manatdır.
Satıcılar deyirlər ki, qış ayları sərt keçərsə bağlamaların bahalaşacağı gözlənilir. Bu da ətlik heyvanların qiymətinə təsir edəcək.
Bərdədə isə ətin ucuzlaşdığını, otun bahalaşdığını deyirlər. Ötən ay 5 manata satılan ot bağlaması indi 6-7 manatdır.
Paytaxtda gəlincə, burada ətin qiyməti bölgələrdən çox az fərqlənir. Satıcılar deyirlər ki, əvvəlki illərlə müqayisədə indi alıcılıq da zəifdir.
İqtisadçı Elman Sadıqov deyir ki, kompleks tədbirlər görməklə, xüsusilə, istehsalın artırılmasına şərait yaratmaqla qiymətləri stabil saxlamaq olar.
Elman Sadıqov bildirir ki, ətin bahalaşmasına təkcə yemin qiyməti təsir etmir. Ona görə də dəqiq analizlər aparılmalıdır. Xarici təcrübədən yararlanmaqla qapalı heyvandarlığa keçilməlidir. Onun sözlərinə görə, qabaqlayıcı tədbirlər görülməzsə, yaxın müddət ərzində ət ən azı 20 faiz bahalaşa bilər.
Azərbaycanda ət ucuzlaşdı - Yeni qiymət

Xəbər xoşunuza gəlib? Sosial şəbəkələrdə paylaşın
Diqqət çəkənlər
Digər xəbərlər
Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr Oxu.az Xəbər Saytında
“Global Media Group”a daxil olan Oxu.Az xəbər saytı 2013-cü ilin iyul ayından fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir.
Oxu.Az 24 saat ərzində, Azərbaycan və rus dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır.
Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün Oxu.Az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.