23 
dek
2023
23:13
181

Putin üçün yüksək neft qiymətləri niyə vacibdir? - ŞOK DETALLAR

23 dek, 2023
23:13
181

Putin üçün yüksək neft qiymətləri niyə vacibdir? - ŞOK DETALLAR

"OPEC+ formatının neftin qiymətini davamlı yüksəltmək imkanlarının tükənməyə başladığı mərhələdə husilərin Qırmızı dənizdə daşımaçılığa maneələr yaratması təsadüf deyil. Bu tip proksi qruplaşmalar özlərinin və himayəçilərinin maraqlarına zidd olmayan hər cür təklifə açıq olur və sifarişlə iş görürlər. Onların Səudiyyə Ərəbistanı ilə konflikti ciddi problem deyil. Bu qrupun başçıları idealist, yaxud ağılsız fanatiklər yox, praqmatik adamlardır. Yəni neftin qiymətinin artmasında və ya stabil-yüksək qalmasında hansı böyük oyunçular maraqlıdırsa, husilərin hərəkətə keçməsində də məhz onların maraqlı olduğuna şübhə yoxdur. Məsələ sırf İsrailə zərər vurmaq niyyəti ilə bağlı ola bilməz. Çünki təkcə İsrailə yük daşıyanlar yox, bütün gəmilər hədəf alınır.. İranın bu qruplaşma (“Ənsərullah”) üzərindəki təsiri məlumdur. İrandan əlavə, qiymətlərin artmasında marqlı olan əsas oyunçular sözsüz ki, Səudiyyə Ərəbistanı və Rusiyadır". 

Bu fikirləri "Den.az"a açıqlamasında politoloq Şahin Cəfərli səsləndirib. O bildirib ki, yüksək neft qiymətləri təkcə büdcə stabilliyi üçün deyil, geosiyasi maraqlar baxımından da Putin rejimi və Səudiyyə monarxiyası üçün vacibdir: "Xüsusən ABŞ seçkiləri öncəsi onlar neftin baha qalmasına çalışırlar ki, Trampın qələbə ehtimalı daha da artsın.
alt text
Rusiya eyni zamanda ABŞ-ın diqqətinin Ukraynadan mümkün qədər çox yayınmasına da səy göstərir. Təbii ki, indiki ABŞ administrasiyası da bunu bildiyi üçün öz amorf bürokratik sisteminə rəğmən, husilərin provokasiyalarına çox operativ reaksiya verərək Qırmızı dənizdə azad gəmiçiliyi təmin etmək üçün “Rifahın mühafizəsi” adlı əməliyyata başlamağa qərar verdi. ABŞ-ın sürətlə formalaşdırdığı 10 dövlətdən ibarət koalisiya ticarət gəmilərini və tankerləri “Qırmızı dənizin quldurları”ndan qoruyacaq. Lakin Rusiya-Səudiyyə neft ittifaqının siyasətinin əks nəticələri də göz önündədir. Uzun müddət həmin siyasətin davam etdirilməsi bu rejimlər üçün sərfəli görünmür. ABŞ neft sənayesi ciddi inkişafdadır və hasilat artır. Dördüncü rüb üçün ABŞ-da hasilat 12,5 milyon barrel həcmində proqnozlaşdırıldığı halda, 13,3 milyon barrel təşkil edəcəyi gözlənilir. Bu və əlbəttə ki, qlobal iqtisadiyyatla əlaqəli digər səbəblərdən OPEC+ formatının hasilatın ixtisarı yolu ilə bazara təsir imkanları get-gedə azalır".

Günəş Fərəh,

Den.az

Bizimlə əlaqə saxlayın

Çox oxunanlar