20 
apr
2024
10:35
91

34 yaşlı kişi öldürüldü, tanışı saxlanıldı

20 apr, 2024
10:35
91

34 yaşlı kişi öldürüldü, tanışı saxlanıldı

Bakıda daha bir qətl hadisəsi baş verib.

“Den.az” Sabunçu Rayon Prokurorluğuna istinadən xəbər verir ki, bu gün saat 8-də 1990-cı il təvəllüdlü Etibar Salamzadənin kəsilmiş-deşilmiş xəsarətdən xəstəxanada ölməsi barədə məlumat daxil olub.

Araşdırmalarla 1985-ci il təvəllüdlü Elşən Məmmədovun Bakıxanov qəsəbəsində tanışı Etibar Salamzadəyə bıçaqla xəsarət yetirməsi və sonuncunun xəstəxanada ölməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsilə cinayət işi başlanıb. Elşən Məmmədov prokurorluğun qərarı ilə iş üzrə şübhəli şəxs qismində tutulub.

İbtidai istintaq davam etdirilir.

Qeyd edək ki, səhər saatlarında Xətai rayonunda da qətl törədilib.

Bizimlə əlaqə saxlayın

Çox oxunanlar