Sumqayıtda tükürpədici hadisənin təfərrüatı məlum olub.
“Den.az” xəbər verir ki, 44 yaşlı Aslan Bədirovun döyülərək xəstəxanaya yerləşdirilməsi daha sonra isə orada ölməsi barədə polisə məlumat daxil olub. Polis əməkdaşlarının keçirdikləri tədbirlərlə əməli törətməkdə şübhəli bilinən yetkinlik yaşına çatmayan 17 və 16 yaşlı iki nəfər müəyyən olunaraq saxlanılıb. Mərhumun qonşuları isə hadisənin şokunu yaşayır. Onların sözlərinə görə, atalarını döydüklərinə görə saxlanılan gənclər çox tərbiyəli və mehriban olublar. Sadəcə son vaxtlar ailədə tez tez söz -söhbət olurmuş.
Mərhumun qaynanası isə bildirib ki, Aslan Bədirov son illər içkiyə qurşanıbmış. Sonuncu dəfə isə oğlanları ona öz iradlarını bildiriblər. Ata isə onlara qulaq asmayaraq yenidən axşam saatlarında piyvə içməyə gedib. Oğları Aslan Bədirovun araxasınca gedəndə isə həmin ərazidən onları qovub. Səhər isə Polis əməkdaşları mərhumun ailəsinin yaşadığı 15 saylı yataqxanaya gəlib və bu barədə hər kəsi məlumatlandırıb.
Qeyd edək ki, saxlanılanların hər ikisi ölən şəxsin oğlanlarıdır.