Nərimanov Rayon Polis İdarəsinin 17-ci polis bölməsinin əməkdaşları narkotiklərin qanunsuz dövriyyəsinə qarşı əməliyyat keçiriblər.
Əməliyyat zamanı əvvəllər məhkum olunmuş 29 yaşlı Elçin Bağırov və 37 yaşlı Əliağa Vahabov saxlanılıb. Onların üzərindən və yaşadıqları ünvandan ümumilikdə 6 kiloqram tiryək və marixuana aşkarlanıb. Məlum olub ki, hər iki şəxs narkotikləri sosial şəbəkələr vasitəsilə onlayn satırmış.
Digər əməliyyat tədbirləri çərçivəsində daha 10 nəfər qanunsuz narkotik dövriyyəsində şübhəli bilinərək məsuliyyətə cəlb edilib.
Araşdırma zamanı məlum olub ki, saxlanılanlardan biri — əvvəllər məhkum olunmuş Tural Məmmədov paytaxtdakı yaşayış binalarının girişlərində quraşdırılmış su sayğaclarını oğurlamaqla da məşğul olub.
Faktlarla bağlı istintaq davam etdirilir.

