Azərbaycanda son sutka ərzində cinayət törətməkdə şübhəli bilinən 68 nəfər saxlanılıb.
Bu barədə Daxili İşlər Nazirliyindən məlumat verilib.
Bildirilib ki, bir gün ərzində qanunsuz narkotik dövriyyəsi ilə bağlı 36 fakt qeydə alınıb. Bundan başqa, qanunsuz saxlanılan 18 ədəd silah və sursat aşkar edilərək götürülüb.

