ABŞ-ın Luiziana ştatının Şrivport şəhərində baş verən dəhşətli atışmanın təfərrüatları məlum olub. The New York Post-un məlumatına görə, hadisəni törədən şəxs 31 yaşlı ABŞ ordusunun veteranı Şamar Elkins olub. Məlumata əsasən, həyatını itirən 8 uşaqdan 7-si onun öz övladları olub. Yerli KSLA telekanalı bildirir ki, uşaqlardan biri damdan tullanaraq xilas ola bilib. Polis qeyd edib ki, şübhəli hadisədən sonra qaçmağa cəhd edib, lakin təqib zamanı hüquq-mühafizə orqanları tərəfindən zərərsizləşdirilib. Bildirilir ki, Elkins hadisədən əvvəl sosial şəbəkələrdə uşaqları ilə fotolar paylaşırmış. O, hətta paylaşımlarından birində psixoloji problemlərlə mübarizə aparmaq üçün Tanrıdan kömək istədiyini yazıb. Şübhəli şəxs 19 aprel səhər saatlarında şəhərin üç müxtəlif nöqtəsində atəş açdıqdan sonra qaçıb. Onun motivləri hələ də araşdırılır.
Luizianadakı qatilin öldürdüyü uşaqların kimliyi məlum oldu
Xəbər xoşunuza gəlib? Sosial şəbəkələrdə paylaşın
Diqqət çəkənlər
Digər xəbərlər
Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr Oxu.az Xəbər Saytında
“Global Media Group”a daxil olan Oxu.Az xəbər saytı 2013-cü ilin iyul ayından fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir.
Oxu.Az 24 saat ərzində, Azərbaycan və rus dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır.
Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün Oxu.Az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

