ABŞ-ın San-Dieqo şəhərində yerləşən və dairənin ən böyük məscidi hesab olunan San-Dieqo İslam Mərkəzində atışma baş verib.
Bu barədə NBC 7 San Diego məlumat yayıb.
Məlumata görə, hücum nəticəsində üç kişi, o cümlədən mərkəzin mühafizəçisi həlak olub.
İki ehtimal olunan hücumçu — 17 və 19 yaşlı şəxslər hadisə yerindən bir neçə məhəllə aralıda avtomobildə ölü tapılıblar. İlkin məlumatlara görə, onların ölümü ilə bağlı araşdırma aparılır.
Hadisə yerinə şəhərin meri Todd Qloriya gəlib. Kaliforniya qubernatoru və ABŞ Prezidenti də baş verən faciə barədə məlumatlandırılıb.
Todd Qloriya bildirib ki, San-Dieqoda islamofobiyaya yer yoxdur.

