Bakıda qətl hadisəsi baş verib.
DenMedia.az lent.az-a istinadən xəbər verir ki, hadisə mayın 25-də səhər saatlarında paytaxtın Sabunçu rayonu, Bakıxanov qəsəbəsində qeydə alınıb.
Qəsəbə ərazisində yerləşən mənzillərdən birinə qarət məqsədilə daxil olan naməlum şəxs ev sahibləri - 80 yaşlı Sabir Əliyev və həyat yoldaşı, 66 yaşlı Zöhrə Əliyevanı bıçaqlayıb.
Nəticədə ər-arvad hadisə yerində ölüblər.
Polis əməkdaşlarının keçirdikləri tədbirlərlə hadisəni törətməkdə şübhəli bilinən, 29 yaşlı Murad Niftəliyev saxlanılaraq istintaqa təhvil verilib.
Araşdırma aparılır.

