Amerika Birləşmiş Ştatlarında 21 yaşlı Ukrayna vətəndaşı Yekaterina Tovmaş amansız qətlin qurbanı olub. Bu barədə “Strana.ua” Telegram kanalı məlumat yayıb. O, son iki ilini Şimali Karolina ştatında yaşayırdı.
Gənc qız və sevgilisi yuxuda olduqları zaman yataqda güllələniblər.
Mərhumun qardaşının sözlərinə görə, əsas şübhəli Yekaterinanın keçmiş sevgilisi – 25 yaşlı amerikalı Kaleb Gayden Fosnodur. Bildirilir ki, o, xüsusi olaraq Ohayo ştatından gəlib, silahla evə daxil olub və yatmış cütlüyə atəş açıb.
Faciə zamanı evdə Yekaterinanın azyaşlı bacı-qardaşları da olub.
Hadisədən dərhal sonra Fosno qaçsa da, qısa müddət sonra polis tərəfindən saxlanılıb. Ona qarşı iki nəfəri birinci dərəcəli qətlə yetirmə maddəsi ilə rəsmi ittiham irəli sürülüb.
Gənc cütlük öz evində, təhlükəsiz saydıqları məkanda həyatını itirib.

