Azərbaycan Dövlət Gömrük Komitəsinin əməkdaşları “Şahtaxtı” gömrük postunda iri həcmdə maye metamfetaminin tranzit daşınması cəhdinin qarşısını alıblar.
Bu barədə Dövlət Gömrük Komitəsinin Mətbuat Xidməti məlumat yayıb.
Bildirilib ki, narkotik vasitə Naxçıvan Baş Gömrük İdarəsinin əməkdaşları tərəfindən risklərin təhlili və kompleks gömrük nəzarəti tədbirləri nəticəsində aşkarlanıb.
Azərbaycan ərazisindən tranzit keçən və yükü “alkoqolsuz içkilər” kimi bəyan edilən nəqliyyat vasitəsi stasionar rentgen qurğusu və xidməti it vasitəsilə dərinləşdirilmiş yoxlamaya cəlb olunub.
Yoxlama zamanı iki paletdə yerləşdirilmiş 312 açıq-mavi plastik qabın içərisindən ümumilikdə 53 kiloqram 817,183 qram maye metamfetamin aşkar edilib.




