Tərtərdə yaşlı ər-arvadın həyatını itirdiyi yanğının qəsdən törədildiyi məlum olub.
Denmedia.az lent.az-a istinadən xəbər verir ki, polis və prokurorluq əməkdaşlarının keçirdiyi əməliyyat tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən 1987-ci il təvəllüdlü rayon sakini Vüqar Baxşəliyev saxlanılıb.
İlkin araşdırmalara əsasən, şübhəli şəxs səhər saatlarında 1941-ci il təvəllüdlü Əsgər Səmədovun və həyat yoldaşı, 1954-cü il təvəllüdlü Adilə Hüseynovanın yaşadığı evə oğurluq məqsədilə daxil olub. O, evdən 17 min manat pul götürdükdən sonra izləri gizlətmək üçün evi yandıraraq hadisə yerindən qaçıb.
Xatırladaq ki, hadisə səhər saat 06:00 radələrində Tərtər şəhərində qeydə alınıb. Yanğın söndürüldükdən sonra evdən Əsgər Səmədov və həyat yoldaşı Adilə Hüseynovanın meyitləri aşkarlanıb.
Faktla bağlı cinayət işi üzrə istintaq davam etdirilir.

