Şəmkir rayonunda 13 il əvvəl törədilmiş qətlin üstünün açıldığı bildirilir.
Daxili İşlər Nazirliyi və Baş Prokurorluğun mətbuat xidmətlərinin birgə məlumatına görə, 2013-cü il avqustun 5-də 1967-ci il təvəllüdlü Kifayət Məhərrəmovanın meyiti yaşadığı evdə zorakılıq əlamətləri ilə aşkar edilib.
Faktla bağlı araşdırmaya başlanılıb.
Polis və prokurorluq əməkdaşlarının birgə keçirdikləri əməliyyat-axtarış tədbirləri və istintaq hərəkətləri nəticəsində qətli tamah məqsədilə törətməkdə şübhəli bilinən 1989-cu il təvəllüdlü Xəyal Məmmədov saxlanılıb.
Hazırda Şəmkir Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə başlanmış cinayət işi üzrə ibtidai istintaq davam etdirilir.

