Qanunsuz odlu silah saxlama və dələduzluq cinayətlərinə görə axtarışda olan şəxs saxlanılarkən polis əməkdaşlarına silahlı müqavimət göstərib.
Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən verilən məlumata görə, əvvəllər qəsdən adamöldürmə, qanunsuz odlu silah əldə etmə və saxlama, soyğunçuluq, qaçaqmalçılıq, eləcə də narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə bağlı cinayətlərə görə məhkum edilmiş M. Mirzəyev saxlanılarkən polis əməkdaşlarına silahla müqavimət göstərib.
Polis əməkdaşları tərəfindən tabel silahı tətbiq olunmaqla M. Mirzəyev zərərsizləşdirilib.
Hadisə yerindən “Makarov” markalı tapança aşkar edilərək götürülüb.
Faktla bağlı aidiyyəti üzrə araşdırma aparılır.

