Rusiyalı məşhur müğənni, pop kralı Filipp Kirkorov 6 ay əvvəl vəfat edən atası, tanınmış musiqiçi Bedros Kirkorovun mirasından imtina edib.
“DenMedia.az” xəbər verir ki, bu barədə xarici media məlumat yayıb.
Məlumata görə, Kirkorov vərəsəlik məsələsi ilə bağlı məhkəməyə müraciət etməyib. Həmçinin bildirilib ki, o, atasının əmlakına maraq göstərməyib və məsələni olduğu kimi saxlamağı üstün tutub.
Xatırladaq ki, müğənninin vəkili sənətçinin atasından qalanların dövlət əmlakına keçəcəyini vurğulayıb.