Sənaye üsulu ilə emal olunan quru meyvələr, tərkibindəki kükürd dioksidi səbəbindən mədənin selikli qişasını qıcıqlandıra və allergik reaksiyalara səbəb ola bilər. Bu barədə Moskva vilayəti Səhiyyə Nazirliyinə tabe Krasnoqorsk xəstəxanasının qastroenteroloqu Yelena Pexotina RIA Novostiyə müsahibəsində bildirib. “Sənaye üsulu ilə hazırlanmış quru meyvələrdə kükürd dioksidi ola bilər — bu konservant mədənin selikli qişasını qıcıqlandırır və allergik reaksiyalara yol açır,” — deyə ekspert qeyd edib. Onun sözlərinə görə, yüksək enerji dəyəri və təbii şəkər tərkibi səbəbindən quru meyvələr şəkərli diabet, piylənmə və mədəaltı vəzi xəstəlikləri zamanı məsləhət görülmür. Həkim əlavə edib ki, bir insan üçün təhlükəsiz gündəlik norma 30–40 qram quru meyvə sayılır.
Quru meyvələr niyə hər kəs üçün faydalı deyil?
Xəbər xoşunuza gəlib? Sosial şəbəkələrdə paylaşın
Diqqət çəkənlər
Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr Oxu.az Xəbər Saytında
“Global Media Group”a daxil olan Oxu.Az xəbər saytı 2013-cü ilin iyul ayından fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir.
Oxu.Az 24 saat ərzində, Azərbaycan və rus dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır.
Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün Oxu.Az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

