ABŞ-da Çin Xalq Respublikasından olan tədqiqatçı ölkə ərazisinə bağırsaq çöpü gətirməkdə ittiham olunub. Bu barədə Federal Təhqiqat Bürosunun direktoru Kəş Patel “X” sosial şəbəkəsində paylaşım edərək məlumat verib.
Bildirilir ki, söhbət Çindən olan alim, J-1 vizası sahibi Yuhuan Syandan gedir. O, ABŞ-a bağırsaq çöpünü qaçaqmalçılıq yolu ilə gətirməkdə və bu barədə yalan məlumat verməkdə günahlandırılır.
Patelin sözlərinə görə, tədqiqatçı ABŞ qanunlarını dolanaraq Çindən göndərilən bağlamada gizlədilmiş bioloji materialları əldə etməyə cəhd edib. FTB rəhbəri qeyd edib ki, bağırsaq çöpü ABŞ-da kənd təsərrüfatına ciddi ziyan vura, məhsullara təhlükə yarada və ölkə iqtisadiyyatı üçün böyük maliyyə itkilərinə səbəb ola bilər.

