Yanvarın 1-i səhər adi oyanma vaxtında durmaq, uzun müddət yatıb qalmaqdan daha məqsədəuyğundur. Bu barədə «Tatar-inform» agentliyinə yuxu üzrə həkim-somnoloq və nevroloq Elena Tsaryova bildirib. Onun sözlərinə görə, sonrakı günlərdə yuxu rejimini bərpa etməyə fiziki aktivlik kömək edir.
“Səhər oyanmaq və özünüzü gümrah hiss etmək üçün piyada gəzmək faydalıdır. Axşam isə orqanizmə aşağı intensivlikli yük vermək daha yaxşıdır — təmiz havada yüngül gəzinti ilə kifayətlənin”, — deyə Tsaryova qeyd edib.
Somnoloq vurğulayıb ki, tətil günlərində əsas məqam oyanma vaxtını iki saatdan artıq dəyişməməkdir. Onun sözlərinə görə, bir çox insanlar oyanma vaxtından asılı olmayaraq özlərini tez yatmağa məcbur etməyə çalışırlar, lakin bu üsul hamı üçün uyğun deyil.

