Böyük Britaniyada kelt hökmdarı Dubnovellavun dövrünə aid ən iri qızıl sikkə xəzinəsi hərraca çıxarılacaq. O, eramızdan əvvəl 25-ci ildən eramızın 10-cu ilinədək Trinovantlar tayfasına rəhbərlik edib. Bu barədə Live Science portalı məlumat yayıb.
Xəzinəni Şərqi İngiltərə Universitetinin professoru Tom Layzens metal axtaran cihazla tarlada tapıb. O, əslində vikinqlərə aid gümüş axtarırmış. Nəticədə 17 ədəd dəmir dövrü sikkəsi aşkar edilib – 16 qızıl stater və bir dörddəbir stater.
Tapıntı Beri-Sent-Edmunds ərazisində, vaxtilə Trinovantların mərkəzi olmuş bölgədə üzə çıxarılıb.
Mütəxəssislər sikkələri hökmdar Addedomar və onun oğlu Dubnovellavunla əlaqələndirirlər. Addedomar yerli krallar arasında ilk dəfə öz adı ilə sikkə zərb etdirən şəxs olub.
Xəzinə mart ayında hərraca çıxarılacaq. Onun dəyəri 25 min funt sterlinq (təxminən 2,6 milyon rubl) olaraq qiymətləndirilib.

