Yaponiyanın Milli Onkologiya Mərkəzinin mütəxəssisləri yeniyetmələr arasında daha çox rast gəlinən və adi analizlərlə çətin aşkarlanan yeni qan xərçəngi alt tipini müəyyən ediblər.
Bu barədə mərkəzin tədqiqat şöbəsinin rəhbəri Keniti Yoşida məlumat verib.
Araşdırma nəticəsində T-hüceyrəli kəskin limfoblastik leykemiya hallarının təhlili zamanı yeni alt tipin əsasən gənclər arasında yayıldığı ortaya çıxıb.
Məlumata görə, minlərlə xəstə üzərində aparılan araşdırma zamanı 7–35 yaş aralığında 14 nəfərdə bu alt tip aşkarlanıb, xəstələrin orta yaşı isə təxminən 17 olub.
Alimlərin sözlərinə görə, bu alt tip üzrə proqnoz əlverişli deyil – tez-tez residivlər və ölüm halları qeydə alınıb.
Tədqiqat göstərib ki, xəstəlik nadir xromosom dəyişiklikləri ilə bağlı olduğuna görə standart müayinələr zamanı diqqətdən yayınır.

