Diyetoloqlar bildirir ki, su qəbulunun vaxtı maddələr mübadiləsinə birbaşa təsir göstərir. Qrafikə düzgün riayət etdikdə isə nəticələr daha tez görünür.
Səhər içilən bir stəkan su orqanizmi oyadır, maddələr mübadiləsini aktivləşdirir və gecə yığılan toksinlərin xaric olunmasına kömək edir.
Bir çoxları düşünür ki, soyuq su yağ yandırmanı sürətləndirir, amma bu doğru deyil. O, sadəcə enerji sərfini cüzi artırır, çünki bədən temperaturu tarazlamağa çalışır.
Yeməkdən əvvəl su içmək isə iştahanı nəzarətdə saxlamağa kömək edir. Mədə doluluq siqnalı alır və insan daha az qida qəbul edir. Xüsusilə günorta vaxtı artıq yeməyin qarşısını almaqda effektivdir.

Gün ərzində su içmək qaraciyərin fəaliyyətini dəstəkləyir, hansı ki, yağların emalına cavabdehdir. Maye az olduqda isə orqanizm enerjiyə qənaət edir və arıqlama prosesi ləngiyir.
Mütəxəssislər tövsiyə edir ki, su az-az, lakin müntəzəm içilsin. Bu, enerji səviyyəsini sabit saxlayır və bədənin effektiv işləməsinə kömək edir.
Axşam saatlarında su şirniyyat və qəlyanaltı istəyini azaltmağa kömək edir, çünki bədən tez-tez susuzluğu aclıqla qarışdırır. Yatmazdan əvvəl isə yalnız bir neçə qurtum içmək məsləhətdir ki, yuxu pozulmasın.
Qeyd olunur ki, yuxunun keyfiyyəti də çəkiyə təsir edir. Yuxusuzluq aclıq və toxluq hormonlarının balansını pozur. Düzgün su rejimi isə bu balansı sabitləşdirir və yağ yığımının qarşısını alır.
Ekspertlər vurğulayır ki, su sağlam qidalanma və idmanı əvəz etmir, amma onların təsirini əhəmiyyətli dərəcədə artırır. Kifayət qədər su məşqləri asanlaşdırır, əzələlərin daha effektiv işləməsinə və daha sürətli bərpasına kömək edir.
Ümumi norma fərdi olsa da, gündəlik 1,5–2 litr su qəbul etmək əksər insanlar üçün uyğundur.

