Qreypfrut uzun müddətdir “yağyandıran” məhsullar siyahısında göstərilir, hətta qreypfrut pəhrizi 1 həftədə 3–5 kq çəki atmağın sürətli yolu kimi təqdim olunur. Amma bu sitrus doğrudan da belə işləyirmi? Qreypfrut azkalorili, C vitamini, antioksidant və həll olunan liflə zəngindir. Araşdırmalarda görünür ki, yeməkdən əvvəl yarım qreypfrut yeyən insanlar porsiyanı azaldırlar. Amma bunun səbəbi “yağyandıran ferment” yox, kalorinin azalmasıdır. Nutrisioloq Anna Gordeyevanın sözlərinə görə, bu pəhrizdə adətən hər yeməkdən əvvəl qreypfrut yemək və kəskin karbohidrat məhdudiyyəti təklif olunur. Çəki tez azalır, amma əsasən su və qlikogen hesabına, yağ yox. Bu, orqanizm üçün stressdir. 1–2 həftədən sonra sərt pəhrizi davam etdirmək çətinləşir və insanlar əvvəlki qidalanmaya qayıdıb çəkini yenidən toplayırlar. Qreypfrutun əsas təhlükəsi — bəzi dərmanlarla uyğunsuzluğudur. O, CYP3A4 fermentinin işinə mane olur. Qreypfrutla uyğun olmayan dərmanlar: statinlər bəzi təzyiq dərmanları antiaritmik preparatlar narahatlıq və yuxusuzluq əleyhinə dərmanlar Həmçinin, qastrit və refluksu olanlara qreypfrut ağır gəlir. Sağlam arıqlama tempi həftədə 0,5–1 kq-dır. Bunun üçün: yumşaq kalori defisiti (–300–500 kkal) orta fiziki aktivlik kifayətdir. Monopəhrizlərdən uzaq durmaq lazımdır, amma qreypfrut normal rasiona gözəl əlavə ola bilər.Qreypfrutun arıqlama ilə əlaqəsi

Qreypfrut pəhrizi orqanizmə necə təsir edir?
Qreypfrut kimə zərər verə bilər?

Qreypfrutu menyudan çıxarmadan necə arıqlamaq olar?
Qreypfrutu düzgün yemək qaydası
Necə yemək?
Niyə?
Qreypfrutu tam yeməyə əlavə etmək
Aclığı azaldır, porsiyanı balanslaşdırır
Qreypfrutu protein və mürəkkəb karbohidratla birləşdirmək (balıq, yumurta, kəsmik, tam taxıllar)
Doyğunluq daha uzun çəkir
Qreypfrutu sadəcə sağlam rasionun bir hissəsi kimi istifadə etmək
Yağı birbaşa yandırmır, amma kalorini azaltmağa kömək edir
Pəhrizlərin ulduzu qreypfrut: kimə xeyir, kimə ziyan? - FOTO
Xəbər xoşunuza gəlib? Sosial şəbəkələrdə paylaşın
Diqqət çəkənlər
Digər xəbərlər
Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr Oxu.az Xəbər Saytında
“Global Media Group”a daxil olan Oxu.Az xəbər saytı 2013-cü ilin iyul ayından fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir.
Oxu.Az 24 saat ərzində, Azərbaycan və rus dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır.
Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün Oxu.Az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

