Günün yorğunluğu və stressi ən çox ayaqlarda toplanır, bu isə zamanla ayaq altının sərtləşməsi və çatlaması ilə nəticələnir. Lakin bahalı kosmetik məhsullara ehtiyac olmadan, mətbəxdə olan sadə vasitələrlə bu problemi həll etmək mümkündür.
Qliserin və limon qarışımı ayaq baxımında ən təsirli üsullardan biri hesab olunur. Cəmi bir neçə damla belə ən sərt dərini belə yumşaldaraq körpə dərisi kimi edir.
Qliserin nəmi özündə saxlamaq xüsusiyyəti ilə dərini dərin şəkildə nəmləndirir, limon isə tərkibindəki sitrik turşu sayəsində ölü dərinin tez bir zamanda təmizlənməsinə kömək edir. Bu iki komponent birlikdə çatların azalmasına və dərinin bərpasına güclü təsir göstərir.
Tətbiq qaydası sadədir: əvvəlcə ayaqlar 5 dəqiqə ilıq suda saxlanılır və qurulanır. Daha sonra qliserin və limon qarışımı topuq nahiyəsinə masaj edilərək çəkilir. Qarışım tətbiq edildikdən sonra pambıq corab geyinib gecəni bu şəkildə keçirmək ən vacib mərhələdir. Səhər isə ayaqlar ilıq su ilə yuyulur və artıq ilk istifadədən fərq hiss olunur.
Bu üsul bahalı ayaq maskalarına nisbətən daha sərfəli və effektivdir, dərini daxildən nəmləndirərək dərin çatların içini doldurur. Qliserin olmadıqda alternativ olaraq zeytun yağı və bir damla çay ağacı yağı da istifadə oluna bilər. Çay ağacı yağı bakteriyaların yaranmasının qarşısını alır və xoşagəlməz qoxunu azaldır.

Bundan əlavə, ev şəraitində hazırlanan peeling resepti ayaq baxımının təsirini daha da artırır. Bunun üçün şəkər və ya dəniz duzu, soda, zeytun yağı və limon suyu qarışdırılır, daha sonra nəm ayaqlara 5 dəqiqə masaj edilərək tətbiq olunur. Bu üsul sərtləşmiş dərini təmizləyir və qidalandırır.
Qeyd edilməlidir ki, qarışımı tətbiq etdikdən sonra sürüşmə riski səbəbindən diqqətli olmaq lazımdır. Əgər çatlar dərin və qanayan vəziyyətdədirsə, mütləq həkimə müraciət olunmalıdır.

