Bitki əsaslı qidalanmanın ürək sağlamlığı və xroniki xəstəliklərə qarşı müsbət təsirləri var. Lakin “Neurology” jurnalında dərc olunan yeni araşdırma göstərib ki, bu pəhrizlərin sağlamlığa təsiri onların keyfiyyətindən asılı olaraq dəyişir. Araşdırmaya görə, vitaminlə zəngin və qida dəyəri yüksək bitki əsaslı pəhrizlər Alzheimer və demensiyaya qarşı qoruyucu təsir göstərir. Əksinə, işlənmiş karbohidrat və şəkər ağırlıqlı pəhrizlər riski artırır. Təxminən 93 min insanın 10 ildən çox izlənildiyi tədqiqatda iştirakçılar üç qrupa bölünüb. Birinci qrup ümumi pəhriz saxlayıb, ikinci qrup vitaminlə zəngin və yüksək qida dəyərinə malik bitki əsaslı pəhriz tətbiq edib. Üçüncü qrup isə karbohidrat və şəkər ağırlıqlı bitki əsaslı qidalanma seçib. Necə qidalandılar? Sağlam qrupun rasionunda tam taxıllar, tərəvəzlər, meyvələr, qoz-fındıq və paxlalılar üstünlük təşkil edib. Sağlıqsız qrup isə işlənmiş taxıllar, meyvə şirələri, kartof və əlavə şəkərli məhsullar qəbul edib. Ümumi pəhriz saxlayanlar isə ət, süd və yumurta kimi heyvan mənşəli məhsulların əvəzinə daha çox bitki mənşəli qidalar istehlak ediblər. Nəticədə sağlam şəkildə bitki əsaslı qidalananlarda demensiya riski 7 faiz azalıb, sağlıqsız qidalananlarda isə risk 6 faiz artıb. Araşdırmada həmçinin zülal qəbulunun beyin sağlamlığına təsir etdiyi vurğulanıb. Xüsusilə paxlalıların koqnitiv geriləmənin azalmasında mühüm rol oynadığı qeyd olunub. Pəhrizin dəyişdirilməsi də rol oynayır Araşdırma göstərib ki, zamanla qidalanma vərdişlərinin dəyişməsi də beyin sağlamlığına təsir edir. Daha sağlam qidalanmaya keçənlərdə demensiya riski 11 faiz azalır, əksinə, daha sağlıqsız pəhrizə yönələnlərdə bu risk 25 faiz artır. Bu isə göstərir ki, pəhrizin yalnız növü deyil, həm də onun davamlı şəkildə qorunması böyük əhəmiyyət daşıyır.
Sağlam seçim deyilmiş - demensiya riskini artıran vərdiş ortaya çıxdı
Xəbər xoşunuza gəlib? Sosial şəbəkələrdə paylaşın
Diqqət çəkənlər
Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr Oxu.az Xəbər Saytında
“Global Media Group”a daxil olan Oxu.Az xəbər saytı 2013-cü ilin iyul ayından fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir.
Oxu.Az 24 saat ərzində, Azərbaycan və rus dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır.
Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün Oxu.Az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

