Şəkərli qazlı içkilər, dondurma, şokolad, konfet, bal, mürəbbə və sürətli karbohidratlarla zəngin digər qidalar selülitin əmələ gəlməsinə səbəb olur, qastroenteroloq Yevgeniya Melnikova Zdorovye Mail-ə bildirib.
Həkimin sözlərinə görə, kərə yağı, pendir, mayonez və kolbasa kimi məhsullar da tərkibindəki transyağlara görə bədən forması üçün zərərlidir.
Melnikova əlavə edib ki, selülit riskini artıran digər amil spirtli içkilərdir. Alkoqol maddələr mübadiləsini ləngidir, nəticədə orqanizm kaloriləri daha çətin yandırır və yağ yığılması artır.

Həkim vurğulayıb ki, transyağlar damarların aterosklerotik zədələnməsinə və öd daşı yaranmasına səbəb ola bilər. Sürətli karbohidratlar isə qanda insulinin artmasına gətirib çıxarır və bu da yağ ehtiyatlarının yığılmasını stimullaşdırır.

