Həkim-dermatoloq və endokrinoloq İrina Skorogudayeva bildirib ki, yanağı əllə dayamaq və ya başı tez-tez yana əymək kimi vərdişlər zamanla qırışların yaranmasına səbəb ola bilər.
Onun sözlərinə görə, xüsusilə yuxu zamanı üzü yastığa qoymaq dərinin formasını dəyişir və toxumaların sıxılmasına gətirib çıxarır.

“Dəri sıxılır, yumşaq toxumalar sürüşür və nəticədə qırış izləri əmələ gəlir.”
Mütəxəssis qeyd edib ki, yaş artdıqca dərinin elastikliyi azalır və bu cür izlər daha da dərinləşərək qırışlara çevrilir.
Bu səbəbdən həkim mümkün qədər arxa üstə yatmağı tövsiyə edir. Əgər bu mövqe rahat deyilsə, xüsusi ortopedik yastıqlardan istifadə etmək məsləhət görülür.

