Məşqçi Elis Rikard 20 kiloqram artıq çəkidən xilas olmağı bacarıb. Bu proses onun bir ilini alsa da, o, kalori saymadan və hətta desertlərdən imtina etmədən arıqlaya bilib.
Women’s Health nəşrinin qeyd etdiyinə görə, bir çox elmi araşdırmalar göstərir ki, nə vaxtsa pəhriz saxlayan insanların 90 faizindən çoxu yenə də müəyyən qidalara qarşı istək hiss edir.
Elis Rikard da şirniyyatdan və qəlyanaltılardan imtina edə bilmirdi. Buna görə də o, yüksək protein tərkibli ev deserti — çiyələk mussu hazırlamağa başlayıb.

Təbii inqrediyentlərdən proteinli muss
Muss hazırlamaq üçün lazım olanlar:
200 qram yağsız kəsmik
50 qram yunan yoqurtu
100 qram dondurulmuş çiyələk
2 çay qaşığı ağcaqayın siropu
1 çay qaşığı vanil essensiyası
1 paket kollagen istəyə görə
Bütün inqrediyentləri blender qabına əlavə edin və eynicinsli kütlə alınana qədər çalın. Qarışım kifayət qədər qatı olacaq və konsistensiyasına görə mussu xatırladacaq.
İdeal kalori, protein, yağ və karbohidrat nisbəti
Təqdim olunan inqrediyent miqdarı ilə hazırlanan belə qəlyanaltının kalori, protein, yağ və karbohidrat göstəricisi təxminən 240-280 kilokalori təşkil edir. Bu desertdə 40 qramdan çox protein, cəmi 2-3 qram yağ və 18-26 qram karbohidrat var.
“Şirin bir şey yemək istəyəndə, amma başladığım arıqlama prosesini pozmaq istəməyəndə bu mussu hazırlayıram”, — deyə məşqçi bildirib.
Arıqlayanlar arasında qəlyanaltılar çox vaxt pis reputasiyaya malikdir, çünki onların rasiona əlavə kalori qatdığı düşünülür. Lakin məşqçi Elis Rikard əmindir ki, bu məsələyə ağıllı yanaşılsa və bu çiyələk mussu kimi uyğun reseptlər seçilsə, qəlyanaltılar əsas pəhrizə yaxşı əlavə ola bilər.

