Dietoloq Klara Fernandes bildirib ki, gecə yuxusuna hazırlaşmağa səhər saatlarından başlamaq lazımdır. Bu barədə HuffPost məlumat yayıb.
Fernandesin fikrincə, sağlam və dərin yuxunun əsas şərti üç səhər vərdişini formalaşdırmaqdır.
Birinci növbədə, hər gün eyni saatda oyanmaq vacibdir. İkincisi, oyandıqdan sonra bir neçə dəqiqə günəş işığına çıxmaq lazımdır. Üçüncü vacib vərdiş isə müntəzəm fiziki hərəkət və ya məşqlərdir.
Mütəxəssis izah edib ki, bu yanaşma orqanizmin sirkad ritmlərini düzgün tənzimləməsinə kömək edir.
Onun sözlərinə görə, bu vərdişlər həmçinin melatonin hormonunun ifrazını nizamlayır və gecə saatlarında orqanizmin sağlam yuxu dövrünə keçməsinə şərait yaradır.

