Kəsmikli “Spiral” peçenye zərif, yumşaq və çox dadlı ev şirniyyatıdır. Sadə ərzaqlarla hazırlanır, kəsmik əsaslı xəmiri isə bişdikdən sonra da yumşaq qalır.

Tərkibi:
200 q kəsmik
1 ədəd yumurta
100 q şəkər tozu
200 q un
0,5 çay qaşığı soda
1 paket vanil
Bir çimdik duz
Hazırlanması:
Kəsmiyi çəngəllə yaxşıca əzin. Üzərinə yumurta, şəkər tozu, vanil, duz və soda əlavə edib qarışdırın.
Unu tədricən əlavə edərək yumşaq, ələ yapışmayan xəmir yoğurun.
Xəmiri kiçik hissələrə bölün. Hər hissəni təxminən 10–15 sm uzunluğunda nazik “kolbasa” formasında yayın. Sonra həmin xəmiri spiral şəklində bükün.

Peçenyeləri perqament kağızı sərilmiş soba listinə düzün. Əvvəlcədən 180 dərəcəyə qədər qızdırılmış sobada 15–20 dəqiqə, yüngül qızılı rəng alana qədər bişirin.
Yumşaq və ətirli kəsmikli “Spiral” peçenyelər hazırdır.

