Pomidorun qabığında bəzən lətindən daha çox faydalı maddə olur. Lakin bəzi xroniki xəstəliklər zamanı pomidoru qabığı ilə yemək sağlamlığa zərər verə bilər.
Dietoloq və nutrisioloq Anna Belousova bu barədə 360.ru saytına danışıb.
Mütəxəssisin sözlərinə görə, pomidor qabığında likopin, karotinoidlər, vitaminlər və lif var.

Lif insan orqanizmində həzm olunmasa da, bağırsaq mikroflorası üçün qida mənbəyi rolunu oynayır. Bu maddə:
- toxluq hissinin daha uzun müddət qalmasına;
- qanda şəkərin kəskin dəyişməsinin tənzimlənməsinə;
- maddələr mübadiləsinin sürətlənməsinə kömək edir.

Lakin mədə-bağırsaq xəstəliklərinin kəskinləşdiyi dövrdə pomidor qabığı zərərli ola bilər.
Dietoloq bildirib ki, qabığın tərkibindəki kobud lif iltihablı selikli qişanı qıcıqlandıra və mədədə xlorid turşusunun ifrazını artıra bilər.

Bu səbəbdən qastrit, enterit və ya kolitin kəskinləşdiyi dövrdə pomidorun qabığının soyulması tövsiyə olunur.

