Dəmrov və allergiya zamanı dəridə qızartı və qaşınma yaransa da, dəmrovun özünəməxsus səpkiləri və zədələnmiş nahiyədə tüklərin qırılıb tökülməsi əsas fərqləndirici əlamətlərdəndir.
OTR-yə açıqlamasında dermatoloq Tatyana Yeqorova bildirib ki, dəmrov səpkiləri adətən dairəvi formada olur, kənarları qalınlaşır və zamanla mərkəzdən kənara doğru genişlənir.
Həkimin sözlərinə görə, zədələnmiş sahəyə qaranlıq otaqda Vud lampası ilə baxıldıqda yaşıl parıltının görünməsi dəmrova işarə edə bilər.
Mütəxəssis xəbərdarlıq edib ki, hormonal mazlarla özbaşına müalicə yalnız simptomları müvəqqəti zəiflədir, lakin göbələk infeksiyasını aradan qaldırmır. Xəstəlik dəsmal və digər məişət əşyaları vasitəsilə yaxın insanlara da keçə bilər.

