Gülmək arterial təzyiqin azalmasına və damarların elastikliyinin yaxşılaşmasına müsbət təsir göstərə bilər.
Kardioloq Yevgeni Kokin Life.ru-ya açıqlamasında bildirib ki, gülüş ürək ritminin dəyişkənliyini normallaşdırmağa və hipertoniya riskini artıran əsas amillərdən biri olan xroniki stressi azaltmağa kömək edir.

Mütəxəssisin sözlərinə görə, söhbət ani nəticədən deyil, müntəzəm şəkildə gülməyin uzunmüddətli təsirindən gedir.
Həkim vurğulayıb ki, gülüş təzyiq dərmanlarını əvəz etmir və ayrıca müalicə üsulu sayıla bilməz.

