Uzun illərdir kartof sağlamlıq üçün zərərli məhsul hesab olunsa da, yeni genişmiqyaslı araşdırma göstərib ki, əsas problem kartofun özündə deyil, onun necə hazırlanmasındadır.
Mütəxəssislərin qənaətinə görə, xüsusilə kartof fri kimi dərin yağda qızardılan kartof növlərinin müntəzəm qəbulu 2-ci tip diabet riskini artırır.
Bunun səbəbi qızartma zamanı kartofun yüksək kalori, doymuş yağ və sürətlə həzm olunan karbohidratlarla zənginləşməsidir. Bu isə qan şəkərinin kəskin yüksəlməsinə və zamanla insulinə həssaslığın azalmasına səbəb ola bilər.

Araşdırmada qeyd olunur ki, bişmiş və ya qaynadılmış kartofun sağlamlığa təsiri kartof fri ilə eyni deyil. Mütəxəssislər kartofu tamamilə rasiondan çıxarmağı deyil, onu daha sağlam üsullarla hazırlamağı tövsiyə edirlər.

