İnsanlar adətən yeni həyata müəyyən bir tarixdən başlamağa qərar verirlər, çünki bu, keçmişlə gələcək arasında sərhəd çəkildiyi hissini yaradır.
Psixoloq Milana Orexova KP.RU-ya açıqlamasında bildirib ki, davranış iqtisadiyyatında bununla bağlı hətta “yeni başlanğıc effekti” adlanan xüsusi anlayış mövcuddur.
“Müəyyən bir tarixdən yeni həyata başlamaq istəyi tamamilə təbii psixoloji hadisədir. Davranış iqtisadiyyatında ‘yeni başlanğıc effekti’ anlayışı var. Yay fəsli, ad günü, ayın ilk günü və hətta bazar ertəsi insanda keçmişlə gələcək arasında sərhəd çəkə biləcəyi hissini yaradır”, – deyə psixoloq izah edib.

