Günəşdən qorunmaq və dərini kifayət qədər nəmləndirmək dərinin gəncliyini uzun müddət qorumağa kömək edir. Bunu dermatoloq-kosmetoloq Anastasiya Semyonova bildirib.
Mütəxəssis “Çempionat”a açıqlamasında qeyd edib ki, dəridə yaşla bağlı dəyişikliklərin 80 faizə qədəri fotoyaşlanma, yəni günəş şüalarının təsiri nəticəsində yaranır.
Həkimin sözlərinə görə, orqanizmin kifayət qədər su qəbul etməsi də dəri üçün vacibdir. O, hər kiloqram çəkiyə 30 millilitr su qəbul etməyi tövsiyə edib.

Dərinin sağlamlığını qoruyan digər vacib amil isə keyfiyyətli yuxudur. Semyonovanın sözlərinə görə, saat 23:00-dan 02:00-dək melatonin və böyümə hormonu ifraz olunur. Bu hormonlar hüceyrələrin bərpasına kömək edir.
Dermatoloq xüsusilə ani nəticə verən prosedurların arxasınca qaçmamağı tövsiyə edib.
“Əsas məsləhət: ani liftinqin arxasınca qaçmayın. Gənclik toxumaların vəziyyətidir: nəmlik, tonus və sıxlıq. Əməliyyat artıq toxumaları aradan qaldırır, lakin dərinin keyfiyyətini yaxşılaşdırmır”, – deyə dermatoloq bildirib.

