İnsan öz uğurlarını təsadüf hesab edir, nailiyyətlərinə sevinməkdə çətinlik çəkir və peşəkarlığına şübhə edirsə, bu, “saxtakar sindromu”nun əlamətlərindən biri ola bilər.
Bu barədə NEWS.ru-ya psixoloq və münasibətlər üzrə kouç Yekaterina Paxolkina bildirib.
Onun sözlərinə görə, bu vəziyyətin əsas təhlükəsi insanın özünü tam göstərə biləcəyi imkanlardan geri çəkilməsinə səbəb olmasıdır.
Mütəxəssis bununla mübarizə üçün sadə üsul təklif edib: öz nailiyyətlərinizi sübut edən faktları toplamaq. Bunun üçün yaxınların, tanışların və ya müştərilərin verdiyi müsbət rəyləri xatırlamaq, təşəkkürləri qeyd etmək və şəxsi uğurların siyahısını hazırlamaq olar.

Psixoloq həmçinin öz yolunuzu başqalarının uğurları ilə müqayisə etməməyi tövsiyə edib. Onun sözlərinə görə, digər insanların gördüyümüz uğurları yalnız “görünən tərəfdir” və arxasındakı çətinliklər çox vaxt bilinmir.
Paxolkina vurğulayıb ki, səhv etməkdən, nəyisə bilməməkdən və bunu etiraf etməkdən qorxmaq lazım deyil.
“Heç kim ideal olmaq məcburiyyətində deyil. Hər axşam öz kiçik qələbələrinizi qeyd edin və əldə etdiyiniz nəticələri şəxsi əməyinizin nəticəsi kimi qəbul edin”, – psixoloq bildirib.

