Dondurulmuş meyvə və tərəvəzlərin düzgün saxlanılmaması sağlamlıq üçün risk yarada bilər.
Bu barədə endokrinoloq və dietoloq Anton Polyakov “Arqumentı i Faktı” nəşrinə açıqlamasında bildirib.
Həkimin sözlərinə görə, meyvə və tərəvəzlərin dondurulmasının özlüyündə zərəri yoxdur. Lakin saxlanma şəraitinə və soyuducu avadanlıqların düzgün işləməsinə xüsusi diqqət yetirilməlidir.

Polyakov vurğulayıb ki, əridilmiş meyvə və tərəvəzləri yenidən dondurmaq məsləhət görülmür. Onun sözlərinə görə, təkrar dondurulma məhsulların faydalı xüsusiyyətlərinin itirilməsinə səbəb olur.

