Türkiyədə Səlcuqlu dövlətinin Konya vilayətində yerləşən Anadolu sülalə məzarlığından çıxarılan insan qalıqları üzərində DNT və anatomik analizlər aparılıb. Nəticədə 12-si sultan olmaqla, 17 sülalə mənsubunun üz və bədən görünüşləri müəyyənləşdirilib.
Den.az xəbər verir ki, bu məqsədlə Konya şəhər mədəniyyət və turizm idarəsi tərəfindən altı il davam etdirilən müvafiq layihə çərçivəsində müxtəlif elmi sahələrdən onlarla mütəxəssis araşdırma aparıb.
Görülən işin nəticəsi olaraq 1077-1308-ci illər arasında Anadoluya hökmdarlıq edən sultanların görünüşünü əks etdirən 3D heykəllər hazırlanıb. Bu heykəllər Konyanın Dar-ül Mülk Sərgi Mərkəzində "Türkiyə Səlcuqlu Hanedanlığı" adı altında nümayiş etdirilir.
Anadolu Səlcuqlu dövlətinin memarlıq üslubunu əks etdirən tac qapılar qarşısında sərgilənən heykəllərin hazırlanmasında dövrün orijinal geyimləri ilə yanaşı, hökmdarların üz ifadələri, saç-saqqalları, duruşları və baxışlarına xüsusi diqqət yetirilib.
Türkiyə sultanlarının 3D heykəlləri -FOTOLAR

Xəbər xoşunuza gəlib? Sosial şəbəkələrdə paylaşın
Diqqət çəkənlər
Digər xəbərlər
Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr Oxu.az Xəbər Saytında
“Global Media Group”a daxil olan Oxu.Az xəbər saytı 2013-cü ilin iyul ayından fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir.
Oxu.Az 24 saat ərzində, Azərbaycan və rus dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır.
Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün Oxu.Az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.