Paytaxtın Nəsimi rayonunda “Memar Əcəmi” metrostansiyasının yaxınlığında ictimai iaşə obyektlərində sakinləri narahat edən hallarla bağlı polis əməkdaşları tərəfindən tədbirlər görülüb.
Bu barədə “Den.az”-a DİN-in Mətbuat Xidmətindən bildirilib.
Qeyd olunub ki, həmin ərazidə mövcud olan sanitar-epidemioloji vəziyyət, ictimai iaşə obyektlərinin yol verdiyi məişət səs-küyü və digər neqativ hallarla bağlı təkcə son 1 ay ərzində 9 müxtəlif məzmunda profilaktik tədbir keçirilib.
Bildirilib ki, buna baxmayaraq hələ də bəzi obyektlərdə sakinləri narahat edən halların qarşının alınması məqsədi ilə vətəndaşların müraciətləri dərhal nəzarətə götürülüb.
Qeyd edək ki, daha öncə sakinlər sözügedən ərazidə çay evi adı altında fəaliyyət göstərən iaşə obyektlərinin əxlaqsızlıq yuvası kimi istifadə olunmasından şikayət edirdilər.
“Əcəmi”dəki bu obyektlərlə bağlı tədbir görüldü - Video

Xəbər xoşunuza gəlib? Sosial şəbəkələrdə paylaşın
Diqqət çəkənlər
Digər xəbərlər
Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr Oxu.az Xəbər Saytında
“Global Media Group”a daxil olan Oxu.Az xəbər saytı 2013-cü ilin iyul ayından fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir.
Oxu.Az 24 saat ərzində, Azərbaycan və rus dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır.
Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün Oxu.Az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.