Qayalı Marketlər Şəbəkəsi növbəti uğruna imza atdı. Sumqayıt şəhərində fəaliyyətə başlayan şəbəkə artıq regionlarda da "Yüksək keyfiyyət-uyğun qiymət-bol çeşid" devizi altında müştərilərə xidmət göstərir. Bu dəfə isə Qayalı Marketlər Şəbəkəsi Hacı Zeynalabdin qəsəbəsinin sakinlərini sevindirərək orada yeni filialının açılışını edib.
Dövlətin sahibkarlara göstərdiyi diqqət və qayğıdan bəhrələnərək hər zaman özəl sektorun inkişafına töhfə verən “Qayalı” Marketlər Şəbəkəsinin yeni filialında da ənənəyə uyğun olaraq endirimli və hədiyyəli məhsullar müştərilərə təklif olunur. Bundan başqa ərzaq və qeyri-ərzaq, elektrik malları, idman malları, kənd təsərrüfat məhsulları, ət və ət məmulatları müxtəlif çeşidlərlə müştərilərə uyğun qiymətlə təqdim edilir.
Açılış mərasimində Hacı Zeynalabdin qəsəbə icra nümayəndəsi, bələdiyyə sədri, sahibkarlar və sakinlər iştirak ediblər. Çıxış edənlər “Qayalı” Marketlər Şəbəkəsinin növbəti filianın istifadəyə verilməsinin yeni iş yerlərinin açılması baxımından xüsusi əhəmiyyət kəsb etdiyini vurğulayıblar. Qonaqlara məlumat verilib ki, marketdə bol çeşidli məhsullar alıcılara ucuz qiymətlərə təklif olunur. Həmçinin filialllarda xüsusi günlərdə müxtəlif endirim kompaniyaları da keçirilir.
Xatırladaq ki, yeni açılan ticarət mərkəzində 160-dan artıq qəsəbə sakini işlə təmin olunacaq. Xüsusilə, şəhid ailələri, qazilər və müharibə iştirakçılarının işlə təminatına üstünlük veriləcək. Qeyd edək ki, müştəri məmnuniyyətini özünün devizi hesab edən “Qayalı” marketlər şəbəkəsinin açılan yeni ticarət mərkəzində də vətəndaşlar müxtəlif endirim və hədiyyə kampaniyalarından yararlana biləcəklər.
"Qayalı Marketlər şəbəkəsi"nin növbəti filialı Hacı Zeynalabdin qəsəbində açıldı: BÖYÜK İZDİHAM-VİDEO

Xəbər xoşunuza gəlib? Sosial şəbəkələrdə paylaşın
Diqqət çəkənlər
Digər xəbərlər
Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr Oxu.az Xəbər Saytında
“Global Media Group”a daxil olan Oxu.Az xəbər saytı 2013-cü ilin iyul ayından fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir.
Oxu.Az 24 saat ərzində, Azərbaycan və rus dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır.
Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün Oxu.Az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.